...

Türkiyədə nüvə terrorunun qarşısının alınması üzrə danışıqlar aparılacaq

Dünya xəbərləri Materials 3 Fevral 2007 13:23 (UTC +04:00)

Fevral ayında Türkiyədə nüvə terrorçuluğu aktlarının qarşısının alınmasının qlobal koalisiyası üzrə danışıqlar aparılacaq. Bu barədə RF XİN başçısı Sergey Lavro məlumat verib.

"Türkiyədə keçiriləcək həmin görüşdə bu təşəbbüs bütün ona qoşulmaq istəyənlər üçün açıq olacaq", - deyə Lavrov ABŞ səfərindən sonra Moskvaya gələrkən bildirib.

O bildirib ki, bu təşəbbüs Sankt -Peterburqda "böyük səkkizlik" tərəfindən bəyənilib.

Planlaşdırılmış görüş xarici siyasət idarələri başçılarının müavinləri səviyyəsində keçiriləcək. Bu barədə Trend www.rian.ru saytına istinadən xəbər verir.

Xəbər lenti

Xəbər lenti