...

İran və Özbəkistan ticarət - iqtisadi əməkdaşlığı inkişaf etdirirlər

Dünya xəbərləri Materials 22 Fevral 2007 16:26 (UTC +04:00)

Tehranda keçirilmiş İran-Özbəkistan ticari -iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası komissiyanın səkkizinci iclasının yekunlarına görə, İran və Özbəkistan ticari-iqtisadi sahədə qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandum imzalayıblar. Bu barədə www.irna.ir/en xəbər verir.

Sənədi İranın ticarət naziri Məsud Mir-Kazemi və Özbəkistanın baş nazirinin müavini Nodir Xanov imzalayıb.

Memorandum ikitərəfli əməkdaşlığın bir sıra sahələrini, o cümlədən ticarəti və iqtisadiyyatı, bank fəaliyyətini, maliyyə sahəsi və investisiyaları; nəqliyyat, gömrük, tranzit yük daşınmaları və kommunikasiyanı; sənaye, texniki-mühəndis xidmətləri, yüksək texnologiyalar sahələrini əhatə edir.

Xəbər lenti

Xəbər lenti