Hazırda Birləşmiş Ərəb Əmirliyində (BƏƏ) səfərdə olan Fransanın xarici işlər naziri Filipp Dust-Blazi bildirib ki, hətta əgər Tehran BMT Təhlükəsizlik Şurasının (TŞ) tələbini yerinə yetirməsə də, İrana hücum etmək heç də arzuolunan deyil. "İrana hər hansı bir hücum bütün Yaxın Şərq regionlarına mənfi təsir göstərəcək ", - nazir belə hesab edir.
RBK .-nın məlumatına görə, Fələstin muxtariyyatının vəziyyətini şərh edərkən Fransa xarici işlər siyasəti idarəsinin başçisi bildirib ki , onun ölkəsi beynəlxalq tələbləri yerinə yetirəcək hər bir Fələstin hökumətilə danışıqlar aparmağa hazırdır.
(S) Associated Press-in verdiyi m əlumata görə, ancaq bununla yanaşı o qeyd edib ki, Paris bu mövzuyla bağlı qəti qərarı yalnız yeni Fələstin hökumətinin təşkilindən sonra qəbul edəcək.