...

Ukrayna 2011-ci ildə özünün rabitə peykini buraxmağı planlaşdırır

Dünya xəbərləri Materials 8 May 2007 14:38 (UTC +04:00)

Ukrayna,Kiyev/müxbir Trend Z.Novosvitski/Ukrayna 2011-ci ilin sonunda özünün rabitə peykini buraxmağı planlaşdırır.

Bu barədə Ukrayna Nazirlər Kabinetinin müvafiq qərarında bildirilib. Bu sənədlə milli peyk rabitə sisteminin yaradılması üzrə təsisatlararası Koordnasiya Şurası, həmçinin milli peyk rabitə sisteminin yaradılması üzrə Tədbirlər Planı təsdiqlənib.

Planda o cümlədən, 2007-ci ilin dekabrına qədər milli peyk rabitəsinin və yayımın yaradılması, milli yerüstü infrastrukturun yaradılması və peyklə idarəetmə mərkəzinin yaradılması ilə bağlı beynəlxalq tenderin elan edilməsi də nəzərdə tutulub. Peykin buraxılması 2011-ci ilin dekabrına planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti