Azərbaycan, Bakı, 13 iyun /Trend/
"Mənim üçün Bakıda İlk Avropa Oyunlarının açılış mərasimində ifa etmək böyük şərəfdir".
Trend-in məlumatına görə, Ledi Qaqa Qərb mətbuatına açıqlamasında belə deyib.
Dünya mətbuatı məşhur müğənninin geyiminə xüsusi diqqət ayırıblar.
Hər zaman qeyri-adi tərzilə seçilən müğənninin bu cür dəbdəbəli açılış mərasiminə ağ rəngli, sadə geyimdə qatılması böyük marağa səbəb olub.