...

Prospektdə "Lexus" yandı - böyük tıxac var (FOTO)

Cəmiyyət Materials 24 Noyabr 2016 19:28 (UTC +04:00)
Bakıda minik avtomobili yanıb.
Prospektdə "Lexus" yandı - böyük tıxac var (FOTO)

Bakı. Samir Əli - Trend:

Bakıda minik avtomobili yanıb.

Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə paytaxtın Ziya Bünyadov prospektində baş verib.

90 KU 667 dövlət nömrə nişanlı "Lexus" markalı avtomobil prospektdə hərəkətdə olarkən qəfil alışıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürən briqadası gəlib. Avtomobil söndürülüb.

Hadisə Z.Bünyadov prospektində böyük tıxaca səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti