...

Avropalı gənclər Bakı-2015 Avropa Oyunları ilə əlaqədar çağırış ediblər (VİDEO)

Baku 2015 : EUROGAMES Materials 14 May 2015 17:16 (UTC +04:00)
Böyük Britaniyanın Solent Universitetində təhsil alan Kənan Rzayev Bakı-2015 Avropa Oyunları ilə əlaqədar maraqlı videoçarx hazırlayıb.
Avropalı gənclər Bakı-2015 Avropa Oyunları ilə əlaqədar çağırış ediblər (VİDEO)

Azərbaycan, Bakı, 14 may /Trend/

Böyük Britaniyanın Solent Universitetində təhsil alan Kənan Rzayev Bakı-2015 Avropa Oyunları ilə əlaqədar maraqlı videoçarx hazırlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, videoçarxda dünyanın müxtəlif ölkələrindən olan və Böyük Britaniyada təhsil alan gənclər avropalıları iyun ayında Bakıda keçiriləcək ilk Avropa Oyunlarında iştirak etməyə və izləməyə dəvət edirlər. Avropanın 12 ölkəsindən olan gənclər hər biri öz dilində, ən sonda isə Azərbaycanın xalq artisti Faiq Ağayev azərbaycanca insanları ilk Avropa Oyunlarını dəstəkləməyə dəvət edir.

K.Rzayev hesab edir ki, hər bir ölkənin vətəndaşının yalnız öz dilində diqqətini cəlb etmək və Bakıya - Avropa Oynlarına dəvət etmək maraqlı olar.

Qeyd edək ki, videonun ideyası və çəkilişi K.Rzayevə, videoçarxın montajı və hazırlanması isə "ArtBakers" şirkətinə məxsusdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti