Azərbaycan, Bakı, 9 iyun /Trend/
ABŞ-da yaradılmış "AzeriAmerica" təşkilatı "Bakı-2015" Birinci Avropa Oyunlarına həsr olunmuş poçt markası hazırlayıb.
Trend-in məlumatına görə, markanın müəllifi ABŞ-da yaşayan 7 yaşlı Mikayıl Əliyevdir.
Qeyd edək ki, Birinci Avropa Oyunlarının rəsmi açılış mərasimi iyunun 12-də keçiriləcək.