Bakı-2015 Avropa Oyunlarında yarışların 6-cı günü başlayıb

Azərbaycan, Bakı, 17 iyun /Trend/
Bakıda ilk Avropa Oyunları çərçivəsində yarışların altıncı günü başlayıb.
Trend-in məlumatına görə, bu gün aerobika gimnastikası, akrobatika gimnastikası, kamandan oxatma, atıcılıq, boks, bədii gimnastika, batut gimnastikası, stolüstü tennis, taekvondo, voleybol, çimərlik voleybolu, su polosu və kişilər arasında sərbəst güləş üzrə yarışlar keçiriləcək.
I Avropa Oyunlarının altıncı günündə 11 dəst medal oynanılacaq: biri kamandan oxatma, biri bədii gimnastika, 3-ü atıcılıq, 2-si taekvondo, 4-ü isə sərbəst güləşdə.
Azərbaycanlı idmançılar stolüstü tennisdən başqa, gün ərzində keçiriləcək bütün yarışlarda iştirak edəcəklər.
Xəbər lenti
Prezident İlham Əliyev: Qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir
Prezident İlham Əliyev: Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də
Prezident İlham Əliyev: May ayının sonuna qədər Ağdamın baş planının ilkin versiyası təqdim olunacaq