Azərbaycan, Bakı, 19 iyun /Trend/
Bülbül adına musiqi məktəbinin şagirdləri "Bakı 2015" üçün aksiya keçiriblər.
Trend-in məlumatına görə, "Bakı 2015" birinci Avropa Oyunlarına dəstək olaraq "Dostlarla Oyunlara" kampaniyası çərçivəsində Təhsil Nazirliyinin Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri Fəvvarələr bağında flaşmob ediblər.
Gənc musiqiçilərin şəhərdəki bu gözlənilməz çıxışı alqışlarla qarşılanıb.