...

Ayxan Mamayev məzunu olduğu BDU tərəfindən mükafatlandırıldı (FOTO)

Baku 2015 : EUROGAMES Materials 19 İyun 2015 15:57 (UTC +04:00)
Bu gün Bakı Dövlət Universitetində (BDU) Bakı-2015 Avropa Oyunlarında şotokan karate do idman növü üzrə qızıl medal sahibi, universitetin Tətbiqi-riyaziyyat və kibernetika fakütəsinin 2014-cü il məzunu Ayxan Mamayev və Avropa Oyunlarında 2 uğurlu çıxışı ilə yadda qalan Filologiya fakültəsinin 2-ci kurs tələbəsi Fəridə Abiyeva ilə görüş keçirilib.
Ayxan Mamayev məzunu olduğu BDU tərəfindən mükafatlandırıldı (FOTO)

Azərbaycan, Bakı, 19 iyun /Trend/

Bu gün Bakı Dövlət Universitetində (BDU) Bakı-2015 Avropa Oyunlarında şotokan karate do idman növü üzrə qızıl medal sahibi, universitetin Tətbiqi-riyaziyyat və kibernetika fakütəsinin 2014-cü il məzunu Ayxan Mamayev və Avropa Oyunlarında 2 uğurlu çıxışı ilə yadda qalan Filologiya fakültəsinin 2-ci kurs tələbəsi Fəridə Abiyeva ilə görüş keçirilib.

BDU-nun Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, tədbiri açan universitetin rektoru, akademik Abel Məhərrəmov bildirib ki, Bakı-2015 Avropa Oyunlarının doğma vətənimizdə keçirilməsi tarixi hadisə, böyük nailiyyət və uğurumuzdur. Ümummilli lider Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti, həmin siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi Azərbaycanı dünya miqyasında çox etibarlı tərəfdaş və dost kimi tanıda bilib. Bu Oyunlar Avropa idman tarixində yeni səhifə açmaqdadır. Bu tarixin açılmasına və yazılmasına ölkə Prezidenti İlham Əliyev, Bakı-2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva, Azərbaycan ictimaiyyəti, minlərlə könüllü Azərbaycan gənci dəstək verməkdədir.

Oyunlarda 250 istiqamət üzrə 3000 universitet könüllüsünün fəaliyyət göstərdiyini diqqətə çatdıran rektor qızıl medal sahibi A.Mamayevi təbrik edərək ona gələcək həyatında və yarışlarda uğurlar arzulayıb. Rektor bu uğuruna qədər A.Mamayevin keçdiyi idman yolu haqqında məlumat verib. Məlum olub ki, o, 7 yaşından şotokan karate do idman növü ilə məşğul olur. Dəfələrlə dünya və Avropa çempionatlarının, İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Rektor, həmçinin Avropa Oyunlarında uğurlu çıxışları ilə yadda qalan F.Abiyevanın 5 yaşından eyni idman növü ilə məşğul olduğunu, onun 10 qat respublika çempionu, dünya kubokunun sahibi və bir sıra beynəlxalq turnirlərin qalibi olduğunu diqqətə çatdıraraq, gələcək oyunlarında qələbə arzulayıb.

A.Mamayevin final görüşü izlənildikdən sonra rektor iştirakçılara universitetin xatirə hədiyyələrini təqdim edib.

A.Mamayev universitetdə oxuduğu müddətdə hər zaman rektorun diqqət və qayğısını hiss etdiyini, məzunu olduğu ali təhsil ocağında keçirilən bu tədbirin əhəmiyyətini qeyd edərək təşəkkürünü bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti