...

Xorvatiyalı idmançı yenidən Bakıya gəlmək istəyir

Baku 2015 : EUROGAMES Materials 25 İyun 2015 14:48 (UTC +04:00)
Azərbaycanda idman çox populyardır və bu, çox gözəldir.
Xorvatiyalı idmançı yenidən Bakıya gəlmək istəyir

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanda idman çox populyardır və bu, çox gözəldir. Bunu Trend-ə xorvatiyalı üzgüçü Kristian Komlenik deyib.

Onun sözlərinə görə, Bakı olduqca gözəl şəhərdir və insanlar çox mehribandırlar: "Ümid edirəm ki, gələcəkdə Bakıda Olimpiya Oyunları keçiriləcək və mən yenidən bura gələcəyəm.

İdmançı qeyd edib ki, Azərbaycanda Oyunların iştirakçıları - idmançılar üçün hər cür şərait yaradılıb: "Atletlər kəndi çoz gözəldir. Mətbəx əladır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti