...

Azərbaycanlı qılıncoynadanlar Avropa Oyunlarında yarışların növbəti mərhələsinə adlayıblar

Baku 2015 : EUROGAMES Materials 25 İyun 2015 14:44 (UTC +04:00)
Bu gün I Avropa Oyunlarında qadınlar arasında qılıncoynatma üzrə yarışların qrup mərhələləri keçirilib.
Azərbaycanlı qılıncoynadanlar Avropa Oyunlarında yarışların növbəti mərhələsinə adlayıblar

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir Ənvər Məmmədov/

Bu gün I Avropa Oyunlarında qadınlar arasında qılıncoynatma üzrə yarışların qrup mərhələləri keçirilib.

Trend-in məlumatına görə, yarışlarda ölkəmizi təmsil edən bütün 4 idmançı növbəti mərhələyə adlayıb.

Səbinə Mikina və Sevinc Bunyatova qələbə qazanaraq 1/8 final mərhələsinə çıxıblar.

Sevil Bunyatova və Fatimə İbrahimova müvafiq olaraq 4 və 3 qələbə qazanaraq 1/16 final mərhələsinə adlayıblar.

S.Bunyatova polşalı Maqdalena Pasternak, F.İbrahimova isə italiyalı Rebekka Qarqano ilə qarşılaşacaq.

İbrahimova-Qarqano cütlüyünün qalibi 1/8 finalda Sevinc Bunyatova ilə qarşılaşacaq.

S.Mikina Yana Obvintseva (Rusiya) - Byanka Pasku (Rumıniya) cütlüyünün qalibi ilə görüşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti