...

Britaniyalı şərhçi: Avropa Oyunlarına hazırlıq dövründə böyük həcmdə iş görülüb

Baku 2015 : EUROGAMES Materials 27 İyun 2015 11:58 (UTC +04:00)
Bakı-2015 Avropa Oyunlarında böyük həcmdə iş görülüb.
Britaniyalı şərhçi: Avropa Oyunlarına hazırlıq dövründə böyük həcmdə iş görülüb

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbirlər Hüseyn Vəliyeva, Yelena Kosolapova/

Bakı-2015 Avropa Oyunlarına hazırlıq dövründə böyük həcmdə iş görülüb. Bunu Trend-ə Böyük Britaniyanın International Sport Broadcasting (ISB) şirkətinin şərhçisi Rocer Teyms deyib.

Onun sözlərinə görə. hər şey çox yaxşı səviyyədə təşkil edilib: "Daha çox su idmanı növləri üzrə yarışların keçirilməsi xoşuma gəldi".

Şərhçi Bakını çox bəyəndiyini də qeyd edib: "Şəhər çox gözəldir. Hamı çox mehribandır. Bakıda çox yaxşı idman obyektləri yaradılıb. Xüsusilə Su İdmanı Sarayını vurğulamaq istərdim. Bu, gələcək idman tədbirləri üçün yaxşı startdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti