...

"Around The Rings": Bağlanış mərasimi Avropa Oyunlarının baxımlı finalına çevriləcək

Baku 2015 : EUROGAMES Materials 27 İyun 2015 13:39 (UTC +04:00)
Bakı-2015 Avropa Oyunlarının bağlanış mərasimi paytaxt tamaşaçıları və dünyadakı milyonlarla televiziya tamaşası üçün həyəcanlı idman tədbirinin çox baxımlı finalına çevriləcək.
"Around The Rings": Bağlanış mərasimi Avropa Oyunlarının baxımlı finalına çevriləcək

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir Elmira Tariverdiyeva/

Bakı-2015 Avropa Oyunlarının bağlanış mərasimi paytaxt tamaşaçıları və dünyadakı milyonlarla televiziya tamaşası üçün həyəcanlı idman tədbirinin çox baxımlı finalına çevriləcək. Bu barədə Trend "Around The Rings" (ATR) saytına istinadən məlumat verir.

Məqalədə deyilir: "Bu, Azərbaycanın Oyunlar zamanı Bakıya gələn minlərlə qonağın ənənəvi isti qarşılanmasının təşkili üzrə səylərinin təsdiqi də olacaq".

Sayt Azərbaycanın gənclər və idman naziri Azad Rəhimova istinadən yazır ki, I Avropa Oyunları idman tarixinə düşəcək: "Bakıda əldə edilmiş uğura, eləcə də təşkilati işlər, qonaqpərvərlik və yarışlar barədə aldığımız müsbər rəylərə görə çox fəxr edirəm. Bu, Azərbaycanın uğurudur və qəbul edəcəyimiz gələcək idman tədbirləri üçün start məkanına çevriləcək".

Bakı-2015 Avropa Oyunlarının bağlanış mərasiminin bədii rəhbəri Ceyms Hedli bu mərasimin ərsəyə gətirilməsini özü üçün fəxr hesab edir: "Bu, çox maraqlı idi, heç vaxt belə bir şey etməmişdik. İşlədiyim komanda fantastik idi. Biz köhnə ilə yeninin sintezini etdik və onlar arasında ideal ahənglik tapdıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti