...

Rusiyalı məşqçi: Azərbaycan Olimpiada keçirməyə hazırdır

Baku 2015 : EUROGAMES Materials 27 İyun 2015 16:24 (UTC +04:00)
Azərbaycan Olimpiya Oyunlarını keçirmək üçün zəruri olan bazanın 80 faizinə malikdir.
Rusiyalı məşqçi: Azərbaycan Olimpiada keçirməyə hazırdır

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycan Olimpiya Oyunlarını keçirmək üçün zəruri olan bazanın 80 faizinə malikdir.

Bunu Trend-ə üzgüçülük üzrə Rusiya komandasının məşqçisi Xanif Şafikov deyib.

Onun sözlərinə görə, Oyunlar perspektivdə Olimpiadanı qəbul etmək imkanını yaradan tramplindir: "Ola bilsin ki, bunu etmək çətin olacaq, lakin başlanğıc var".

X.Şafikov bildirib: "Bura gələndə bilirdim ki, yaxşı olacaq, lakin bu qədərini gözləmirdim. Bundan sonra Oyunları belə səviyyədə keçirmək çətin olacaq. Atletlər kəndində idmançılar üçün yüksək səviyyədə şərait yaradılıb. Biz rusiyalılar üçün dil maneəsinin olmaması olduqca xoşdur. İnsanlar mehriban və ünsiyyətcildirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti