...

Avropa Oyunları paralimpiya cüdosu üçün yeni era ola bilər

Baku 2015 : EUROGAMES Materials 27 İyun 2015 17:31 (UTC +04:00)
I Avropa Oyunları fiziki imkanları məhdud idmançılar üçün yeni fürsətlər yaradır.
Avropa Oyunları paralimpiya cüdosu üçün yeni era ola bilər

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir Aygün Bədəlova/

I Avropa Oyunları fiziki imkanları məhdud idmançılar üçün yeni fürsətlər yaradır. Bu barədə Trend "FOX Sports" saytına istinadən məlumat verir.

Saytdakı məqalədə deyilir ki, paralimpiya cüdosu Oyunların proqramının tam tərkib hissəsidir.

Rusiyanın cüdo üzrə paralimpiya yığmasının əməkdar məşqçisi İslam İbrahimovun sözlərinə əsasən, I Avropa Oyunları bu idman növü üçün yeni era ola bilər: "Bu presedentdir. Hamı gördü ki, bu mümkündür. Fakt odur ki, Azərbaycan bu tarixin başlanğıcını qoydu".

Məqalədə qeyd edilir ki, Bakıda paralimpiyaçılar arasında cüdo yarışlarına xüsusi önəm verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti