...

Fuad Muradov: Azərbaycan gələcəkdə də məqsəd və hədəflərinə uğurla çatacaq

Baku 2015 : EUROGAMES Materials 29 İyun 2015 16:29 (UTC +04:00)
"17 gün ərzində davam edən Bakı-2015 Avropa Oyunları öncəliklə Prezident İlham Əliyev, Azərbaycanın birinci xanımı, Bakı-2015 ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın, həmçinin Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) nümayiş etdirdiyi yüksək peşəkarlıq sayəsində uğurla başa çatdı".
Fuad Muradov: Azərbaycan gələcəkdə də məqsəd və hədəflərinə uğurla çatacaq

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir İlkin İzzət/

"17 gün ərzində davam edən Bakı-2015 Avropa Oyunları öncəliklə Prezident İlham Əliyev, Azərbaycanın birinci xanımı, Bakı-2015 ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın, həmçinin Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) nümayiş etdirdiyi yüksək peşəkarlıq sayəsində uğurla başa çatdı". Bunu Trend-ə açıqlamasında Milli Məclisin üzvü Fuad Muradov deyib.

Deputat qeyd edib ki, Bakıda keçirilən ilk Avropa Oyunları Azərbaycanın ciddi uğuru kimi qəbul olunmalıdır: "Birinci Avropa Oyunları Azərbaycanın dünyada daha da tanınması, tarix və mədəniyyətinin nümayiş etdirilməsi, eyni zamanda, idman sahəsində əldə etdiyi nəticələr baxımından çox böyük əhəmiyyət kəsb edir. Əgər bu, bir tərəfdən idman yarışı idisə, digər tərəfdən də ciddi ictimai-siyasi və beynəlxalq əhəmiyyətə malik bir tədbir idi. Çünki həm Avropadan, həm də dünyanın bir çox ölkələrinin dövlət rəhbərlərinin, rəsmi şəxslərin və çoxsaylı turistlərin gəlməsi Azərbaycana qarşı olan etimadın göstəricisi idi".

F.Muradov, həmçinin ilk Avropa Oyunlarını Azərbaycan üçün daha bir təcrübə və bundan sonrakı hədəflərə çatmaqda önəmli hadisə kimi dəyərləndirib: "2017-ci ildə ölkəmizdə keçirilməsi planlaşdırılan İslam Həmrəylik Oyunları Azərbaycanın həm də müsəlman ölkəsi olaraq tolerant və təhlükəsiz bir dövlət olduğunu ortaya qoyacaq. İnanıram ki, bundan sonrakı hədəf Yay Olimpiya Oyunlarının Bakıda keçirilməsi olacaq. Bundan əvvəl və indi olduğu kimi, Azərbaycan gələcəkdə də qarşısına qoyduğu məqsəd və hədəflərə uğurla çatacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti