...

Azərbaycan ŞHK-ya yardım hesabı açılıb

Mədəniyyət Materials 12 Yanvar 2011 11:35 (UTC +04:00)
Azərbaycanın "Qara qızıl" Şən və Hazırcavablar Klubu (ŞHK) möcüzə gözləyir. Əgər iki-üç gün ərzində komandanın hesabına Soçidəki ənənəvi illik ŞHK festivalında iştirak etmək üçün 700 min rubl (19 min manat) köçürülərsə, bu, onu xilas edə bilər.
Azərbaycan ŞHK-ya yardım hesabı açılıb

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir E.Hüseynzadə/

Azərbaycanın "Qara qızıl" Şən və Hazırcavablar Klubu (ŞHK) möcüzə gözləyir. Əgər iki-üç gün ərzində komandanın hesabına Soçidəki ənənəvi illik ŞHK festivalında iştirak etmək üçün 700 min rubl (19 min manat) köçürülərsə, bu, onu xilas edə bilər.

"Bizə yalnız möcüzəyə inanmaq qalır, çünki bu gün bir çox təşkilat və özəl şirkətlər bizə dəstək göstərməkdən imtina edib", - komandanın kapitanı Samir İsaqov Trend-ə bildirib.

"Qara qızıl" dəstək üçün Rusiya Azərbaycanlı Gənclər Təşkilatına (RAGT), Heydər Əliyev Fonduna, ARDNŞ-yə, Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinə müraciət etsə də, heç yerdən müsbət cavab almayıb.

"Kiyevdə oynayanda RAGT bizə həmişə kömək edib, buna görə onun rəhbəri Leyla Əliyevaya çox minnətdarıq. Lakin indi onlar da bizə dəstək göstərməkdən imtina ediblər, baxmayaraq ki, indi Soçiyə getsək, Rusiyanın birinci kanalı ilə nümayiş olunan ŞHK premyer-liqasına düşmək ehtimalı çox böyükdür", - İsaqov bildirib.

19 min manat "Qara qızıl"a lazım olan minimum məbləğdir. Bu, Soçiyə ən az sayda günə gedib, çıxış etmək və gəlmək üçün məbləğdir.

"İlk dəfə olaraq Azərbaycanın bütün komandaları bir komandada birləşiblər, son illərdə ilk dəfə biz Moskvada yüksək səviyyədə çıxış etmək şansı qazanmışıq və bu Azərbaycan üçün əla PR olardı, lakin hələlik heç kimdən yardım yoxdur", - İsaqov bildirib.

Komandaya kömək etmək istəyənlər aşağıdakı hesaba vəsait köçürə bilərlər:

"Alfa-Bank", Moskva İNN 7728168971,
BİK 044525593,
K\S 301 01810200000000593,
Alan şəxsin hesabı: R\R (rublla) 40817810004370018223,
USD (dollarla) 40817840704370008600,
Alan şəxs: İsaqov Samir.

Xəbər lenti

Xəbər lenti