...

Səbinə Babayeva "When the Music Dies" mahnısını ilk dəfə Amsterdamda canlı ifa edəcək

Mədəniyyət Materials 20 Aprel 2012 20:49 (UTC +04:00)
Azərbaycan "Eurovision 2012" təmsilçisi Səbinə Babayeva "When the Music Dies" mahnısını ilk dəfə Amsterdamda canlı ifa edəcək.
Səbinə Babayeva "When the Music Dies" mahnısını ilk dəfə Amsterdamda canlı ifa edəcək

Azərbaycan, Bakı, 20 aprel /Trend/

Azərbaycan "Eurovision 2012" təmsilçisi Səbinə Babayeva "When the Music Dies" mahnısını ilk dəfə Amsterdamda canlı ifa edəcək. Bu barədə Trend eurovision.az saytına istinadən xəbər verir.

"Mən Azərbaycan mədəniyyətini Amsterdam səhnəsində bölüşməyimdən qürur duyuram. Burada "Eurovision" pərəstişkarları üçün "When the Music Dies" mahnısını həm Azərbaycan, həm də ingilis dilində canlı ifa etmək imkanı olacaq", - Babayeva bildirib.

Qeyd edək ki, Səbinə Babayeva aprelin 21-də Niderlandda "Eurovision In Concert" şousunda çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti