...

Cennifer Lopez məşq etmək üçün Tofiq Bəhramov stadionuna gedir (FOTO)

Mədəniyyət Materials 22 Sentyabr 2012 12:15 (UTC +04:00)
Dünya estradası və kinematoqrafiyasının ulduzu Cennifer Lopez "JW Marriott Absheron" hotelindən məşq etmək üçün Tofiq Bəhramov adına stadiona yola düşüb.
Cennifer Lopez məşq etmək üçün Tofiq Bəhramov stadionuna gedir (FOTO)

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir V.İmanov/

Dünya estradası və kinematoqrafiyasının ulduzu Cennifer Lopez "JW Marriott Absheron" hotelindən məşq etmək üçün Tofiq Bəhramov adına stadiona yola düşüb.

Trend-in məlumatına görə, sentyabrın 22-də Cennifer Lopez Tofiq Bəhramov adına Respublika stadionunda 17 yaşadək qadınlar arasında dünya çempionatının açılış mərasimində çıxış edəcək. FIFA-nin himayəsi altında mundial Azərbaycanda sentyabrın 22-dən oktyabrın 13-dək keçiriləcək. Çempionat üçün 6 stadion ayrılıb. Bunlardan beşi Bakı şəhərində (Tofiq Bəhramov adına Respublika stadionu, Bayıl stadionu, Dalğa Arena, 8 KM stadionu, Şəfa stadionu), biri isə Lənkəran şəhərində (Lənkəran şəhər stadionu) yerləşir.

Sentyabrın 23-də isə dünya ulduzlarının konserti "Eurovision 2012"-nin keçirildiyi "Crystal Hall"da baş tutacaq. Konsert "Omnikomo Music Group" şirkəti və "Universal Music Group"un Azərbaycandakı nümayəndəliyi tərəfindən təşkil olunub. Qeyd edək ki, azərbaycanlı müğənni və bəstəkar Emin Ağalarov sentyabrın 23-də "Crystal Hall"da keçiriləcək konsertdə Cennifer Lopezlə birgə çıxış edəcək.

Bu möhtəşəm konsertə hazırlığa 65 yük maşını, 5 təyyarə və 200-ə yaxın əməkdaş cəlb edilib. Dünya şöhrətli müğənni xüsusi olaraq bakılı tamaşaçılar üçün eksklüziv şou hazırlayıb. Lopezlə birlikdə Bakıya Los-Ancelesdən onun komandasının 60-a yaxın üzvü də gəlib. Cennifer Lopezin Bakıdakı konserti, həmçinin musiqi sənayesində piratçılıqla mübarizəyə həsr edilib.

Xəbər lenti

Xəbər lenti