...

Moldovada Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

Mədəniyyət Materials 8 Noyabr 2012 16:29 (UTC +04:00)
Trend cümə axşamı Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bununla əlaqədar mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev başda olmaqla 49 nəfərdən ibarət nümayəndə heyəti Moldovaya ezam olunacaq.
Moldovada Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Noyabrın 11-15-də Moldovada Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək.

Trend cümə axşamı Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bununla əlaqədar mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev başda olmaqla 49 nəfərdən ibarət nümayəndə heyəti Moldovaya ezam olunacaq. Mədəniyyət Günləri çərçivəsində Moldova tamaşaçılarına Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının "Müsyo Jordan və Dərviş Məstəli Şah" tamaşası göstəriləcək, caz musiqisi konserti təqdim olacaq.

Mədəniyyət Günləri çərçivəsində, həmçinin paytaxt Kişinyov şəhərində A.P.Çexov adına Teatrda fotosərgi və "Azərbaycan ənənələrin və müasirliyin qovşağında" turizm sərgisi açılacaq, "Odeon" Mədəniyyət Mərkəzində kinofilm həvəskarlarına tammetrajlı "Girov", "Çöllü" və "Vəkil haradadır?" bədii filmləri nümayiş etdiriləcək.

Bu günlərdə, həmçinin Moldova Azərbaycanlıları Konqresi tərəfindən 4 dildə hazırlanmış "Nizaminin aforizmləri" miniatür kitabının təqdimatı və Azərbaycanın dahi şairi və filosofu Nizami Gəncəvinin 870 illiyi münasibətilə abadlaşdırılmış bağın açılışı olacaq, "Qafqaz əsiri" restoranında isə "Azərbaycanın milli mətbəxi günləri" keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti