Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir V.İmanov/
Bu gün Malmödə "Eurovision"un rəmzinin təhvil verilməsi münasibətilə təntənəli mərasim keçirilib. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov "Eurovision"un rəmzi açarını Malmönün meri İlmar Reepaluyə təqdim edib.
Bu andan etibarən Malmö rəsmən "Eurovision" beynəlxalq mahnı müsabiqəsinin ev sahibi vəzifələrini üzərinə götürüb. Bu barədə Trend çərşənbə axşamı müsabiqənin rəsmi saytına istinadən məlumat verir.
Tədbir Malmönün qədim bələdiyyə binasında baş tutub. Bundan sonra isə "Eurovision 2013"-ün ilk püşkatması keçirilib və nəticədə iştirakçı ölkələr iki yarımfinal üzrə bölünüb.
2013-cü ildə "Eurovision"da 39 ölkə iştirak edəcək. Müsabiqə İsveçin Malmö şəhərində mayın 14, 16 və 18-də keçiriləcək. Müsabiqənin loqotipi "The Butterfly", şüarı isə "We are one"dır.
First Semi-Final
First half
• Denmark
• Croatia
• Ukraine
• The Netherlands
• Austria
• Slovenia
• Estonia
• Russia
Second half
• Lithuania
• Serbia
• Ireland
• Belarus
• Cyprus
• Montenegro
• Belgium
• Moldova
Second Semi-Final
First half
• Latvia
• AZERBAIJAN
• Malta
• Iceland
• San Marino
• FYR Macedonia
• Finland
• Bulgaria
Second half
• Israel
• Norway
• Albania
• Hungary
• Switzerland
• Georgia
• Greece
• Armenia
• Romania
First Semi-Final
• United Kingdom
• Sweden
• Italy
Second Semi-Final
• France
• Germany
• Spain