...

"YARAT"ın təşkilatçılığı ilə fotoqraf Sənan Ələskərovun sərgisinin açılış mərasimi keçirilib (FOTO)

Mədəniyyət Materials 2 Mart 2013 11:29 (UTC +04:00)
"YARAT" Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə cümə günü Bakıda "Yay" sərgi salonunda tanınmış fotoqraf Sənan Ələskərovun "SADƏLİYİN ŞƏFFAFLIĞI"adlı sərgisinin rəsmi açılış mərasimi keçirilib. Tədbirdə "YARAT"-ın Müasir İncəsənətə Dəstək Fondunun təsisçisi Aida Mahmudova, mədəniyyət və incəsənət sahəsinin görkəmli nümayəndələri, ictimai xadimlər iştirak ediblər.
"YARAT"ın təşkilatçılığı ilə fotoqraf Sənan Ələskərovun sərgisinin açılış mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 2 mart /Trend/

"YARAT" Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə cümə günü Bakıda "Yay" sərgi salonunda tanınmış fotoqraf Sənan Ələskərovun "SADƏLİYİN ŞƏFFAFLIĞI"adlı sərgisinin açılış mərasimi keçirilib. Tədbirdə "YARAT"-ın Müasir İncəsənətə Dəstək Fondunun təsisçisi Aida Mahmudova, mədəniyyət və incəsənət sahəsinin görkəmli nümayəndələri, ictimai xadimlər iştirak ediblər.

Trend-in məlumatına görə, "SADƏLİYİN ŞƏFFAFLIĞI" adlı sərgi tanınmış fotoqraf Sənan Ələskərovun eksperimental layihəsidir. Rəssamın yaratdığı yeni silsiləyə texniki ifa və hamı üçün birgə olan sadə əşyaların gözəlliyi mövzusu vasitəsilə birləşdirilən 25 rəngli fotoşəkil daxildir. Şəkillərə xas olan hissələrə parçalanma, rəssamın fikri ilə, ətraf mühitin qavranmasının əsas qayəsini təşkil edir.

Adi insanların fikir vermədiyi ünsürlər-təsadüfən rast gəlinən günəş şüası və ya yola düşən kölgə, köhnə, qurumuş ağacın incə budaqları, istifadə olunmayan uşaq meydançası və digər surətlər- çox zaman müəllifin diqqətini cəlb edir; bu ünsürlər fikirlər, asossiasiyalar, hisslər və xəyallar cərgələrini təşkil etməklə, rəssamın fotoşəkillərdə yaratdığı subyektiv gözəlliyinin konkret və mücərrəd surətlərin peyda olmasına yardım edir.

Müəllifin yaratdığı şəkillər silsiləsində adiliyin gözəlliyi və sadəliyi əlamətlərinə malik olan surətlərin yaradılmasının şiddətli arzusu sezilir. Təbiət isə, surətlərin əsas çərçivələrini müəyyənləşdirən dayaq nöqtəsi və material qismində çıxış edir.

Qeyd edək ki, sərginin rəsmi açılışı martın 2-də olacaq və martın 24-ə kimi davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti