...

Fransanın Kann şəhərində Azərbaycan mədəniyyət günləri keçiriləcək

Mədəniyyət Materials 15 Aprel 2013 16:58 (UTC +04:00)
Fransanın Kann şəhərində Azərbaycan mədəniyyət günləri keçiriləcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Kann şəhərinin vitse-meri David Lisnar bildirib.
Fransanın Kann şəhərində Azərbaycan mədəniyyət günləri keçiriləcək

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir M.Əliyev/

Fransanın Kann şəhərində Azərbaycan mədəniyyət günləri keçiriləcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Kann şəhərinin vitse-meri David Lisnar bildirib.

Onun sözlərinə görə, 4 iyul-20 iyul tarixlərində planlaşdırılan tədbirlər Azərbaycana həsr olunmuş atəşfəşanlıqla başlayacaq. Mədəniyyət günləri çərçivəsində Kann şəhərinin dünyaca məşhur Kruazett bulvarı boyunca Azərbaycan mədəniyyətinə məxsus abidələr, sənətkarlıq nümunələri nümayiş olunacaq.

Qeyd edək ki, bu gün Bakıda vitse-mer Lisnarın rəhbərliyi ilə Kann şəhərinin turizm potensialı nümayiş olunub, şəhərin ən böyük hotellərinin rəhbərləri təqdimatlarla çıxış ediblər.

Təqdimatda Lisnar qeyd edib ki, Kann şəhəri öz əsrarəngizliyi, gözəl təbiəti ilə yanaşı, bütün dünyanın ən seçilən festivallarının təşkilatçısıdır. O vurğulayıb ki, ilin hər ayı Kannda müxtəlif sahələr üzrə dəbdəbəli tədbirlər keçirilir.

Lisnar Azərbaycanda sahibkarlarla, xüsusilə də turizm şirkətlərinin rəhbərləri ilə çoxsaylı görüşlər keçirərək sıx əməkdaşlıq etmək niyyətində olduğunu bildirib.

"Biz Azərbaycanla mədəniyyət mübadiləsini daha da inkişaf etdirmək istəyirik", - Lisnar bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti