...

Kannda Azərbaycan mədəniyyəti günləri çərçivəsində caz konserti keçiriləcək (FOTO)

Mədəniyyət Materials 5 İyul 2013 20:26 (UTC +04:00)
Kannda Azərbaycan mədəniyyəti günləri çərçivəsində bu gün caz konserti keçiriləcək.
Kannda Azərbaycan mədəniyyəti günləri çərçivəsində caz konserti keçiriləcək (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 5 iyul /Trend/

Kannda Azərbaycan mədəniyyəti günləri çərçivəsində bu gün caz konserti keçiriləcək.

Heydər Əliyev Fondundan Trend-ə verilən məlumata görə, bir saatlıq konsert proqramında Şahin Növrəsli, İsfar Sarabski və Səbinə Babayevanın ifasında Azərbaycanın məşhur caz kompozisiyaları, eləcə də muğam-caz nümunələri təqdim olunacaq.

Həmçinin Heydər Əliyev Fondu tərəfindən hazırlanmış, Azərbaycan cazının tarixinə həsr olunan "Azərbaycan cazının antologiyası" kitabı da təqdim ediləcək.

Qeyd edək ki, ötən gün Kannda Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan mədəniyyəti günlərinin rəsmi açılışı keçirilib. Açılış mərasimində Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Kann şəhərinin meri Bernar Broşan iştirak ediblər.

İlk tədbir qismində "Qız Qalası", "Ceyranlar" və "Qafqaz incisi - Azərbaycanın mədəni dəyərləri" sərgilərinin açılışı olub.

Qız Qalasının təbliği məqsədini daşıyan "Qız Qalası" sərgisi, həmçinin nəsli kəsilməkdə olan ceyranlara diqqəti cəlb etmək üçün keçirilən "Ceyranlar" sərgisi iyirmi gün ərzində davam edəcək.

Ötən gün, həmçinin Azərbaycandan olan atəşfəşanlıq qrupu möştəşəm şou proqramla "Pirotexnika sənəti" (d'Art Pyrotechnique) Kann festivalının rəsmi açılışını edib.

Qeyd edək ki, bu günlər Kann şəhəri və ətraf bölgələr Azərbaycanın tanıtım baner və posterləri, bayraqları ilə bəzədilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti