...

Azərbaycanda Mərkəzi İncəsənət Məktəbi yaradılır

Mədəniyyət Materials 9 Sentyabr 2013 17:03 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabineti Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin yaradılması haqqında qərar verib.
Azərbaycanda Mərkəzi İncəsənət Məktəbi yaradılır

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Nazirlər Kabineti Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin yaradılması haqqında qərar verib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, qərara əasaən, Bakı şəhər Qara Qarayev adına 8 nömrəli 11 illik Musiqi Məktəbinin bazasında Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi yaradılır.

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin maliyyələşdirilməsi dövlət büdcəsinin Bakı şəhəri üzrə yerli xərclərinin "Təhsil" bölməsində nəzərdə tutulmuş müvafiq xərcləri hesabına həyata keçiriləcək.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə bu qərarın icrasından irəli gələn məsələləri həll etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti