...

"Böyük səhnə" beynəlxalq vokal layihəsinin münsiflər heyəti 14 iştirakçı seçib

Mədəniyyət Materials 6 Fevral 2014 16:29 (UTC +04:00)
Bu iştirakçılar artıq xüsusi məşq düşərgəsindədirlər və fevralın 9-da saat 22:00-da İctimai Televiziya (İTV) ilə yayımlanacaq ilk şouya hazırlaşırlar.
"Böyük səhnə" beynəlxalq vokal layihəsinin münsiflər heyəti 14 iştirakçı seçib

Azərbaycan, Bakı, 6 fevral /Trend/

"Böyük səhnə" beynəlxalq vokal layihəsinin münsiflər heyəti 14 iştirakçı seçib. Bu iştirakçılar artıq xüsusi məşq düşərgəsindədirlər və fevralın 9-da saat 22:00-da İctimai Televiziya (İTV) ilə yayımlanacaq ilk şouya hazırlaşırlar.

Trend İTV-yə istinadən məlumat verir ki, vokal və xoreoqrafiya məşqlərindən əlavə, iştirakçılar bir həftədən bir ayadək (finala vəsiqə qazanacaq iştirakçılar) bir yerdə olacaqları yeni şəraitə və kollektivə də uyğunlaşırlar.

Bazar günü "Böyük səhnə" konsertinin tamaşaçıları onların sirlərini, eləcə də şounun yorulmaz redaktorunun iştirakçılar barədə lentə köçürə bildiyi, onlar haqqında daha təfsilatı ilə məlumat əldə etmək imkanı verəcək məqamları izləyə biləcəklər.

"Böyük səhnə" beynəlxalq vokal layihəsinin qalibi bu ilin mayında Danimarkanın Kopenhagen şəhərində keçiriləcək "Eurovision-2014" mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti