...

Təbrizdə Azərbaycan şairlərinin də dəfn olunduğu "Məqbərətüş-şüəra"də təmir işləri dayandırılıb (FOTO)

Mədəniyyət Materials 19 Fevral 2014 16:37 (UTC +04:00)
Trend-in "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, bir neçə il bundan əvvəl bu məzarlığın inkişaf planını həyata keçirmək məqsədi ilə işlərə başlanılmış və qazıntı işləri aparılmışdı. Bu abidənin ətrafında cüzi işlər aparılıb, lakin iş yarımçıq qalıb və hazırda bir neçə ildir ki, Təbrizin görməli yerlərindən olan "Məqbərətüş-şüəra" məzarlığında işlər tamamilə dayandırılıb.
Təbrizdə Azərbaycan şairlərinin də dəfn olunduğu "Məqbərətüş-şüəra"də təmir işləri dayandırılıb (FOTO)

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir T.Cəfərov/

"Şairlər məqbərəsi" ("Məqbərətüş-şüəra") məzarlığında təmir işləri dayandırılıb.

Trend-in "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, bir neçə il bundan əvvəl bu məzarlığın inkişaf planını həyata keçirmək məqsədi ilə işlərə başlanılmış və qazıntı işləri aparılmışdı. Bu abidənin ətrafında cüzi işlər aparılıb, lakin iş yarımçıq qalıb və hazırda bir neçə ildir ki, Təbrizin görməli yerlərindən olan "Məqbərətüş-şüəra" məzarlığında işlər tamamilə dayandırılıb.

Qeyd edək ki, Təbrizin əski küçələri, məhəllələri ta qədimdən tanınmış şairlərin məskəni olub. Zaman-zaman şəhərdə məskən salan, yaşayan ədiblərin, sənət adamlarının çoxu öz vəsiyyətlərinə görə məhz burada dəfn olunublar. "Şairlər məqbərəsi" ("Məqbərətüş-şüəra") məzarlığının adı 8-ci əsrdən bu tərəfə tarixi kitablarda çəkilir. Təbriz Atabəylər dövlətinin paytaxtı olduqdan sonra buraya bir çox şairlər pənah gətirir. Çünki onlar sakit, firavan həyat arzulayır, müharibələr, savaş meydanlarından uzaq yaşamaq istəyirdilər. Xaqani, Fələki Şirvandan, Əbülula Gəncədən, Zahiri Faryabi Xorasandan gəlib Təbrizdə məskən salmış, burada yazıb-yaratmışdılar. Ölümlərindən sonra isə onların dəfn olunduqları məzarlıq "Şairlər məqbərəsi" adlandırılıb. Elxanilər, Ağqoyunlular dövründə də bu şəhərə tanınmış şair və ziyalılar pənah gətirirdilər. Lakin əfsuslar olsun ki, təbii hadisələr - sel, zəlzələ bu məzarlığa ciddi xətər yetirib.

"Şairlər məqbərəsi"nin müasir tikilisi 1970-ci ildə bərpa olunub.

Burada dəfn olunan məşhur şairlərdən biri də Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir Xaqani Şirvanidir (1126-1199). XII əsrin digər məşhur şairi Beyləqanda dünyaya gəlib Təbrizdə vəfat edən Mücirəddin Beyləqanidir. O, Xaqaninin şagirdi olub. Zülfüqar Şirvani, Hümani Təbrizi, Məğribi Təbrizi və digər tanınmış ədiblər də burada dəfn olunublar. Təxminən 400-dən artıq söz, sənət adamının uyuduğu məzarlıqda indi möhtəşəm məqbərə ucaldılıb. Həmin məqbərədə XX əsrin məşhur şairi, Şəhriyar təxəllüsü ilə şöhrət tapan Məhəmmədhüseyn Behcəti Təbrizi də dəfn olunub. Böyük şair 1988-ci ildə sentyabrın 18-də, 82 yaşında vəfat edib və bu məzarlıqda torpağa tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti