...

Bakı Beynəlxalq Caz Festivalının proqramı açıqlanıb

Mədəniyyət Materials 17 Oktyabr 2014 15:34 (UTC +04:00)
2014-cü ilin 19-30 oktyabr tarixlərində Bakıda Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Fondu tərəfindən Beynəlxalq Caz Festivalı keçiriləcək.
Bakı Beynəlxalq Caz Festivalının proqramı açıqlanıb

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

2014-cü ilin 19-30 oktyabr tarixlərində Bakıda Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Fondu tərəfindən Beynəlxalq Caz Festivalı keçiriləcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, ənənəvi olaraq dünyanın müxtəlif yerlərindən olan məşhur musiqiçilər şəhərimizin qonağı olacaqlar.

Festival çərçivəsində Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Filarmoniyası, Beynəlxalq Muğam Mərkəzi, Caz Mərkəzində dünya şöhrətli musiqiçilərin, Terri Layn Karrinqton Kvarteti, Terens Blanşard Kvinteti, Anat Kohen Kvarteti, Mişel Kamilo Triosu, Stenli Klarkın qrupu, Kreyq Taborn triosu, Trilok Gurtu qrupunun və başqalarının çıxışları gözlənilir.

Eyni zamanda, Azərbaycanın tanınmış ifaçıları - Salman Qəmbərov, Cəmil Əmirov, Rain Sultanov, Mircavad Cəfərov, Elçin Şirinov, Zaur Mirzəyev və istedadlı gənc caz musiqiçiləri də festival konsertlərində solo proqramlarla çıxış edəcəklər.

Bakı Beynəlxalq Caz Festivalı 2014-ün proqram:

19 oktyabr - Craig Taborn Trio

Beynəlxalq Muğam Mərkəzi
Saat 21.00
_________________________________________________
20 oktyabr - TERRY Line Carrington Kvartet
Beynəlxalq Muğam Mərkəzi
Saat 19.00

Beynəlxalq Muğam Mərkəzi - Elçin Şirinov (f-no) və qrupu
Saat 21.00
_________________________________________________
21 oktyabr - "Rast" qrupunun yubiley konserti
Heydər Əliyev sarayı
Saat 20.00
________________________________________________
22 oktyabr - Terence Blanchard Kvintet

Heydər Əliyev sarayı
Saat 19.00

Beynəlxalq Muğam Mərkəzi - Cəmil Əmirov (f-no) və qrupu
Saat 21.00
________________________________________________
23 oktyabr - Anat Cohen Kvartet
Beynəlxalq Muğam Mərkəzi
Saat 19.00

Beynəlxalq Muğam Mərkəzi - Etibar Əsədli (f-no) və qrupu
Saat 21.00
_________________________________________________
24 oktyabr - Zaur Mirzəyev (saksofon) və qrupu
Beynəlxalq Muğam Mərkəzi
Saat 19.00

Beynəlxalq Muğam Mərkəzi - Salman Qəmbərov (f-no) və qrupu
Saat 21.00
_________________________________________________
25 oktyabr - Michel Camillo Trio
Dövlət Filarmoniyası
Saat 19.00

Caz Mərkəzi - Rain Sultanov (saksofon) və qrupu
Saat 21.00
_________________________________________________
26 oktyabr - "Yeni adlar" adlı gənclərin konserti
Caz Mərkəzi
Saat 21.00
_________________________________________________
27 oktyabr - Trilok Gurtu
Dövlət Filarmoniyası
Saat 19.00
_________________________________________________
28 oktyabr - Stenli Klark
Heydər Əliyev sarayı
Saat 21.00
_________________________________________________
30 oktyabr - "Cəngi" caz qrupu
Mahnı Teatrı
saat 19.00

Caz Mərkəzi - Arslan Növrəsli və qrupu
saat 21.00

_________________________________________________

Məqalədə:
Xəbər lenti

Xəbər lenti