...

Azərbaycanı Makedoniya ifaçısı təmsil etməyəcək

Mədəniyyət Materials 11 Dekabr 2014 15:07 (UTC +04:00)
Azərbaycanı “Eurovision 2015” mahnı müsabiqəsində Makedoniya ifaçısı təmsil etməyəcək.
Azərbaycanı Makedoniya ifaçısı təmsil etməyəcək

Azərbaycan, Bakı, 11 dekabr /Trend/

Azərbaycanı "Eurovision 2015" mahnı müsabiqəsində Makedoniya ifaçısı təmsil etməyəcək. Bu barədə Trend-ə İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda deyilir ki, bəzi kütləvi informasiya vasitələrində Azərbaycanı "Eurovision-2015" mahnı müsabiqəsində Makedoniya ifaçısının təmsil edəcəyi barədə yayılmış xəbərlər həqiqətəuyğun deyil.

İTV bəyan edir ki, hazırda "Eurovision 2015" mahnı müsabiqəsinə hazırlıq prosesi gedir və Azərbaycanı təmsil edəcək ifaçı hələ müəyyənləşdirilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti