Azərbaycan, Bakı, 16 dekabr /Trend/
Dekabrın 20-də Bakıda Müasir İncəsənət Muzeyində açılacaq "e•phem•er•a" sərgisi YARAT qeyri-kommersiya təşkilatının dəstəyi ilə keçirilən gənc kuratorların sərgiləri seriyasından üçüncüsü olacaq.
Trend-in məlumatına görə, mifoloji mövzu ilə birləşmiş kurator ideyası, bu səkkiz rəssamın işlərinə söykənib: Eliyar Əlimirzəyev, Rasim Babayev, Kamal Əhməd, Zakir Hüseynov, Ucal Haqverdiyev, Yelena Haqverdiyeva, Niyaz Nəcəfov və Altay Sadıqzadə.
Hər şeyin mərkəzində - usta rəngkarların əsərlərində və klassiklərin poetik sətirlərində təsvir olunmuş Mif dayanır: çoxsaylı tablolardakı obrazları və ədəbi əsərlərdə şifrələnmiş obrazları bir-biri ilə əlaqələndirən görünməz bağlar, məna paralelləri, tarix və əsrlər boyunca formalaşmış rəmzlər və alleqoriyalar. Müəlliflərin fikrincə, bütün bunlar bizim özümüzü və indiki çağımızı xarakterizə edir.
Muzeylə YARAT təşkilatının əməkdaşlığı artıq bir ildən çoxdur ki, əməkdar rəssam və kurator Səbinə Şıxlinskayanın "Kurator-mediator təcrübələri" adlı ustad dərsi nəticəsində əmələ gəlib.
2014-cü il ərzində Muzeyin baş sərgi salonunda artıq NUDAVERITAS və MEGAPOLIS layihələri təqdim olunub. Bu layihələri muzey kolleksiyalarına yenidən baxılması işində uğurlu eksperiment hesab etmək olar. Hər iki halda maarifləndirici kurs çərçivəsində yaranmış fikir, tamdəyərli art-layihə ölçülərinə qədər böyüyə bilib. Layihələrin iştirakçıları "MoMA"-nın arxiv və ehtiyatlarına zaman məhdudiyyəti olmadan daxil olmaq imkanı qazanıblar, biz isə sizinlə bircə - tanış süjetlərin yeni oxunuşuna hüdudsuz vəsiqə qazanmışıq.
İdeya: Leyla Ağayeva
Kurator: Samira Sefi
Müasir İncəsənət Muzeyi
Keçirilmə vaxtı: 20.12.2014 - 19.01.2015
İş rejimi: həftənin II-VII günləri, saat 11:00-20:00
Biletin qiyməti: 5 AZN
www.yarat.az; www.mim.az