...

Mazandaranda Xəzəryanı ölkələrin mədəniyyət festivalı keçiriləcək

Mədəniyyət Materials 14 Aprel 2015 10:04 (UTC +04:00)
Xəzəryanı ölkələrdə yaşayan xalqların mədəniyyət festivalının keçirilməsini planlaşdırırıq və bu festivalda Azərbaycan nümayəndə heyətinin aktiv iştirak etməsini istərdik. Bunu Azərbaycanlı jurnalistlərlə görüşdə İranın Mədəni İrslərin Qorunması Təşkilatının Mazandaran əyaləti üzrə idarənin rəhbəri Dilavər Bozorgniya deyib.
Mazandaranda Xəzəryanı ölkələrin mədəniyyət festivalı keçiriləcək

İran, Mazandaran, 14 aprel /Trend, müxbir Təmkin Cəfərov/

Xəzəryanı ölkələrdə yaşayan xalqların mədəniyyət festivalının keçirilməsini planlaşdırırıq və bu festivalda Azərbaycan nümayəndə heyətinin aktiv iştirak etməsini istərdik. Bunu Azərbaycanlı jurnalistlərlə görüşdə İranın Mədəni İrslərin Qorunması Təşkilatının Mazandaran əyaləti üzrə idarənin rəhbəri Dilavər Bozorgniya deyib.

Trend-in məlumatına görə, D.Bozorgniya bildirib ki, 2005-ci ildə Mazandaranda Novruz bayramı ərəfəsində Xəzəryanı xalqların musiqi festivalı keçirilib və Azərbaycan nümayəndə heyəti bu festivalda geniş tərkibdə iştirak edib. "Elə festivalın ən aktiv iştirakçıları Azərbaycan nümayəndə heyəti olub. Festivalda ən aktiv iştiraklar olaraq Azərbaycan musiqiçiləri könül oxşayan musiqilərilə əyalət televiziyasında dəfələrlə çıxış ediblər".

Hazırda ikinci belə bir festivalın keçirilməsini planlaşdırırıq. Ümid edirik ki, Azərbaycan incəsənət xadimləri növbəti dəfə də bu tədbirdə ən yaxından iştirak edəcəklər.

İki ölkə arasındakı mədəni əlaqələrə toxunun D.Bozorgniya bildirib ki, Azərbaycanla mədəni əlaqələrimizi inkişaf etdirmək fəaliyyətimizin əsas prioritetlərindəndir. "Ümid edirəm ki, yaxın gələcəkdə Mazandaran incəsənət xadimlərinin konserti Azərbaycanda təşkil olunacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti