...

Poznanda Azərbaycan musiqisi (FOTO)

Mədəniyyət Materials 22 Aprel 2015 21:30 (UTC +04:00)
Polşanın Poznan şəhərində Adam Miskeviç adına Poznan Universitetinin Türkologiya fakültəsinin tələbəsi Zuzanna Qoslavskanın təşkilatçılığı ilə Azərbaycan musiqisi gecəsi keçirilib.
Poznanda Azərbaycan musiqisi (FOTO)

Azərbaycan, Bakı, 22 aprel /Trend/

Polşanın Poznan şəhərində Adam Miskeviç adına Poznan Universitetinin Türkologiya fakültəsinin tələbəsi Zuzanna Qoslavskanın təşkilatçılığı ilə Azərbaycan musiqisi gecəsi keçirilib.

Azərbaycanın Polşadakı səfirliyindən Trend-ə verilən məlumata görə, gecədə Həmid İbadullayev (balaban/dəf), Monika Koşçelna (skripka/kamança), Leşek Vıpixin (gitara) ifasında Azərbaycan musiqisindən nümunələr səsləndirilib.

Tədbir zamanı həmin fakültənin magistri Radoslav Andjeyevski tərəfindən Azərbaycana həsr edilmiş təqdimat keçirilib. Tədbirdə 100-dən çox polşalı dinləyici iştirak edib.

Gecədə, həmçinin Azərbaycanın səfirliyinin əməkdaşları iştirak edib və açılış zamanı səfirliyin ikinci katibi Xuraman İsmayılova çıxış edərək Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovun adından qonaqları salamlayıb, Azərbaycan musiqisinə göstərilən diqqətə görə təşəkkürünü bildirib və iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti