...

"Yarımçıq xatirələr" (FOTO)

Mədəniyyət Materials 4 May 2015 16:47 (UTC +04:00)
“Yarımçıq xatirələr” bədii filminin təqdimatı keçiriləcək.
"Yarımçıq xatirələr" (FOTO)

Azərbaycan, Bakı, 4 may /Trend/

9 may 2015-ci il tarixində, saat 19:00-da Nizami Kino Mərkəzində C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında dövlət sifarişi ilə istehsal edilmiş, rejissor Elxan Cəfərovun "Yarımçıq xatirələr" bədii filminin təqdimatı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, əsas hissəsinin çəkilişləri Belarusun Brest, Minsk şəhərlərində və Vileyka qəsəbəsində aparılan film İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 70 illiyinə həsr olunub.

Filmin qəhrəmanı iki müharibənin iştirakçısıdır. Böyük vətən müharibəsi qəhrəmanı yaşının ahıl çağında doğma Qarabağın müdafiəsinə qalxır. Filmdəki hadisələr Qarabağ müharibəsinə rus zabitinin gözü ilə baxışı əks etdirir.

Ekran əsərinin ssenari müəllifləri Konstantin Vorobyov, Yavər Rzayev, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Vadim Şafranski, Rafiq Nəsirov, bəstəkarı Polad Bülbüloğlu, redaktoru Ramiz Rövşən, icraçı prodüseri Azər Quliyev, prodüseri isə Müşfiq Hətəmovdur.

Rollarda Bəhruz Vaqifoğlu, Mixail Kaminski, Georgi Tsaava, Gülzar Qurbanova, Andrey Milyuxin, Zurab Nicaradze, Veronika Plyaşkevbiç, Aleksandr Pavlov, İvan Matskeviç, Karim Pokaçakov, Rza Rzayev, Qurban İsmayılov, Rövşən Ağayev, Anatoli Quryev, Otar Mikeladze, Faiq Məmmədov, Cavanşir Hadıyev və başqaları çəkiliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti