...

"Eurovision 2015"-in ikinci yarımfinalı İTV-də yayımlanacaq

Mədəniyyət Materials 21 May 2015 15:28 (UTC +04:00)
İctimai Televiziya və Radio Yayımları Şirkəti müsabiqənin bu günə nəzərdə tutulan ikinci yarımfinalını yayımlamaqla üzərinə götürdüyü beynəlxalq öhdəliyə və imzalanmış müqavilə şərtlərinə əməl etməyə borcludur.
"Eurovision 2015"-in ikinci yarımfinalı İTV-də yayımlanacaq

Azərbaycan, Bakı, 21 may /Trend/

Mayın 19-da Bakının Binəqədi rayonunda çoxmərtəbəli binada baş vermiş yanğın nəticəsində insanların faciəli şəkildə həlak olmalarını nəzərə alaraq, İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) bu il Avstriyada keçirilən "Eurovision" mahnı müsabiqəsinin birinci yarımfinalını yayımlamamaq qərarı verdi.

Hazırda müsabiqə davam edir.

İTV-dən Trend-ə bildiriblər ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti müsabiqənin bu günə nəzərdə tutulan ikinci yarımfinalını yayımlamaqla üzərinə götürdüyü beynəlxalq öhdəliyə və imzalanmış müqavilə şərtlərinə əməl etməyə borcludur.

2007-ci ildən Avropa Yayımları Birliyinin üzvü olan Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkəti həmin ildən "Eurovision" mahnı müsabiqəsini yayımlamağa başlayıb. İctimai Televiziya ölkəmizdə bu müsabiqənin yeganə yayımçısıdır və yayım hüququ müvafiq beynəlxalq sənədlərə əasaslanır.

17 ölkənin təmsilçisinin səhnəyə çıxacağı və "Wiener Stadthalle" arenasında keçiriləcək gecədə Azərbaycan təmsilçisi Elnur Hüseynov "Hour of the Wolf" mahnısı ilə 11-ci sırada çıxış edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti