...

Almaniyada Azərbaycan mədəniyyəti təbliğ edilib (FOTO)

Mədəniyyət Materials 6 Avqust 2015 19:01 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Resurs” Gənclərin İnkişafı İctimai Birliyinin Almaniyada həyata keçirdiyi “Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliği və tanıdılması” layihəsinin icrası başa çatıb.
Almaniyada Azərbaycan mədəniyyəti təbliğ edilib (FOTO)

Azərbaycan, Bakı, 6 avqust /Trend/

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Resurs" Gənclərin İnkişafı İctimai Birliyinin Almaniyada həyata keçirdiyi "Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliği və tanıdılması" layihəsinin icrası başa çatıb.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, layihə Azərbaycan həqiqətlərinin, mədəniyyətimizin tərkib hissəsi olan musiqi və ədəbiyyat nümunələrinin Almaniyanın Duysburq şəhərində təbliği, ölkəmizdə bu sahəyə göstərilən dövlət qayğısından bəhs edir.

"Resurs" GİİB layihə çərçivəsində muğam konsertləri, Azərbaycan mədəniyyətinin təbliğinə həsr olunmuş dəyirmi masalar təşkil edib, azərbaycanlı və türk icmalarının nümayəndələri ilə görüşlər keçirib. Eyni zamanda mədəniyyət və incəsənətimizdən bəhs edən buklet, flayer, təqvim və digər çap materialları vətəndaşlara paylanıb.

Keçirilən tədbirlərdə mədəniyyət vasitəsilə müasir Azərbaycan dövlətinin əldə etdiyi nailiyyətlərin təbliği, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi haqqında obyektiv məlumatların alman ictimaiyyətinə çatdırılması, iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsi baxımından layihənin əhəmiyyəti vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti