...

Heydər Əliyev Mərkəzində Stiven Siqalın konserti oldu (FOTO)

Mədəniyyət Materials 17 Dekabr 2015 11:42 (UTC +04:00)
Hollivud aktyoru, şərq əlbəyaxa döyüş ustası Stiven Siqal ötən gün Heydər Əliyev Mərkəzində möhtəşəm konsert proqramı ilə çıxış edib.
Heydər Əliyev Mərkəzində Stiven Siqalın konserti oldu (FOTO)

Bakı. Vüqar İmanov - Trend:

Hollivud aktyoru, şərq əlbəyaxa döyüş ustası Stiven Siqal ötən gün Heydər Əliyev Mərkəzində möhtəşəm konsert proqramı ilə çıxış edib.

Trend-in məlumatına görə, bu konsertin kompozisiyalarından biri dini azadlığa həsr edilmişdi. S.Siqal qeyd edib ki, Azərbaycanda tolerantlığın ən yüksək səviyyəsini görüb: "Prezident İlham Əliyevin sayəsində burada müsəlmanlar, xristianlar və yəhudilər can deyib, can eşidirlər".

S.Siqal və onu müşayiət edən qrup konsert boyu tamaşaçıları musiqinin blyuz janrı ilə sevindirib.

Musiqiçi birinci kompozisiyadan sonra konsertə gələnlərə təşəkkürünü bildirib və "Günəşli" platformasında həlak olan neftçilərin xatirəsini yad edib.

Bayram gecəsində, həmçinin Azərbaycanın əməkdar artisti Natiq Şirinovun "Natiq" ritm-qrupu iştirak edib.

Konsertdən sonra S.Siqal Bakıda ilk çıxışı barədə təəssüratlarını KİV nümayəndələri ilə görüşüb. O deyib: "Gözəl gecə idi və düşünürəm ki, hamı əla vaxt keçirdi. Heydər Əliyev Mərkəzində çıxış etmək mənim üçün böyük şərəfdir. Bakı çox xoşuma gəldi və Azərbaycan dünyada ən sevimli ölkələrimdən birinə çevrildi".

Yeri gəlmişkən, tamaşaçılara dekabrın 17-də bu istedadı Heydər Əliyev Mərkəzində öz gözləri ilə yenidən görmək imkanı təqdim edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti