...

Stiven Siqal Serbiya vətəndaşı oldu

Mədəniyyət Materials 11 Yanvar 2016 13:47 (UTC +04:00)
Serbiyanın Baş naziri Aleksandr Vuçiçin fərmanı ilə amerikalı aktyor Stiven Siqala serb vətəndaşlığı verilib.
Stiven Siqal Serbiya vətəndaşı oldu

Bakı. Trend:

Serbiyanın Baş naziri Aleksandr Vuçiçin fərmanı ilə amerikalı aktyor Stiven Siqala serb vətəndaşlığı verilib. Trend-in məlumatına görə, bu barədə "gazeta.ru" saytı "Standart"a istinadən xəbər verir.

S.Siqal bəyan edib ki, Serbiyanın müsbət imicini inkişaf etdirmək üçün səy göstərəcək.

Aktyorun Serbiyada kino assosiasiyası təşkil etmək planları var.

Məqsəd ölkəyə xarici investisiyaları cəlb etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti