Bakı. Trend:
"Xoxo Club & Karaoke"-də "Miss & Mister Azerbaijan 2016" uğrunda artıq kastinqdən keçmiş və ölkənin 1 nömrəli gözəli adına layiq görüləcək yarımfinalçıların rəsmi təqdimat mərasimi baş tutub.
Trend-in məlumatına görə, mərasimin nəğməli qonaqları "Səs Azərbaycan" musiqi musabiqəsinin iştirakçısı - Tofiq Hacıyev, gənc mügənni Rinat Alimov və ölkəmizi Türkiyənin 1 nömrəli musiqi yarışması olan "O səs Türkiyə"də layiqincə təmsil edən, eynilə "Mister Azerbaijan 2016" adı uğrunda mübarizə aparacaq yarımfinalçı Ruslan Alişan öz gözəl ifaları ilə gecəyə bir qədər də rəngarənglik qatıblar.
Daha sonra Miss və Mister Azerbaijan 2016-nın yarımfinalçıları gənc xoreoqraf, Miss Azerbaijan 2013-ün iştirakçısı olmuş və "Ən gözəl yeriş" nominasiyasına sahib olmuş Nərminə Ramazanovanın qurduğu çıxışla podiuma çıxaraq öz məharətlərini göstərdilər.
Rəsmi açılışdan sonra "After party" zamanı həm qonaqlar, həm iştirakçılar Dj Enamorado və Dj Rahibin təqdim etdikləri bir birindən gözəl disco hittlər altında rəqs edib əyləndilər.
"Miss Azerbaijan 2016" uğrunda 22 xanım, "Mister Azerbaijan 2016" olmaq üçün isə 24 oğlan birincilik uğrunda gərgin mübarizə aparmaq üçün finala doğru addımlayacaqlar.
Website: www.missazerbaijan.org; www.missazerbaijan.az
Facebook: missazerbaijan.org
Instagram: @missazofficial
Twitter: @MissAzOfficial
YouTube channel: MissAzerbaijan2013
Təşkilati dəstək "Perfect Pictures "foto və video studiyası.
İnformasiya dəstəyi: Trend.az, Day.az və Milli.az