...

"London LIVE" kanalında "Sonsuz dəhliz" filmi nümayiş olunub

Mədəniyyət Materials 20 May 2016 15:57
Mayın 19-da “London LIVE” televiziya kanalında ABŞ və Litva kinematoqrafçılarının birgə istehsalı olan “Endless Corridor” (“Sonsuz dəhliz”) müstəqil sənədli filmin nümayişi keçirilib.
"London LIVE" kanalında "Sonsuz dəhliz" filmi nümayiş olunub

Trend-i buradan izləyin

Bakı. Trend:

Mayın 19-da "London LIVE" televiziya kanalında ABŞ və Litva kinematoqrafçılarının birgə istehsalı olan "Endless Corridor" ("Sonsuz dəhliz") müstəqil sənədli filmin nümayişi keçirilib.

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) Trend-ə verilən məlumata görə, filmin kanalda nümayişi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya Ədalət!" təbliğat-təşviqat kampaniyası çərçivəsində Cəmiyyət tərəfindən təşkil edilib.

"Sonsuz dəhliz" sənədli filmi şahid ifadələri əsasında lentə alındığı üçün Xocalı hadisələrinin bütün reallığını əks etdirir. Film beş il müddətində böyük əmək sərf edilərək hazırlanıb. Xocalıda baş vermiş kütləvi insan qırğınını daha dərindən dərk etmək üçün bu film əvəzsiz ekran əsəridir.

Xatırladaq ki, filmin dünya üzrə ilk premyerası 2014-ci il iyulun 1-də Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında (BAFTA) keçirilib. Təqdimatda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib. "Sonsuz dəhliz" filmi prodüserlər Aleksandras Brokas (Litva) və nüfuzlu "Grammy Award" mükafatçısı Cerald Rafşun (ABŞ) tərəfindən çəkilib. Film britaniyalı aktyor, BAFTA mükafatçısı Ceremi Ayronz tərəfindən səsləndirilib.

2015-ci ildə beynəlxalq səviyyədə uğurla keçən premyerasından sonra "Sonsuz dəhliz" filmi bütün dünyada kino tənqidçilər tərəfindən rəğbətlə qarşılanıb. Bu film Madrid şəhərində keçirilən "Tenerife" Beynəlxalq Film Festivalında "Ən yaxşı sənədli film" və "Sənədli filmin ən yaxşı rejissoru" mükafatlarına, Milan Beynəlxalq Kinematoqrafçılar Festivalında "Sənədli filmin ən yaxşı montajı" mükafatına, eləcə də ABŞ-da keçirilən Akkolade Qlobal Film Müsabiqəsində iki mükafata - 2015-ci ilin may ayında "Ən yaxşı tamaşa" və 2016-cı ilin yanvar ayında "Humanitar" mükafata layiq görülüb.

Film "Xocalıya ədalət" təbliğat-təşviqat kampaniyası çərçivəsində Türkiyənin "TRT 1", "Kanal 24", "CNN Türk", Albaniyanın Milli Televiziyasında, İsrailin "Channel 1" və "Eurochannel" televiziya kanalında nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti