...

Səhnədə keçən ömür (FOTO)

Mədəniyyət Materials 30 Sentyabr 2016 15:44 (UTC +04:00)
Sentyabrın 29-da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Binəqədi rayon MKS-nin Mərkəzi Kitabxanasında xalq artisti Yaşar Nurinin xatirəsinə həsr olunmuş “Səhnədə keçən ömür” adlı tədbir keçirilib.
Səhnədə keçən ömür (FOTO)

Bakı. Trend:

Sentyabrın 29-da Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Binəqədi rayon MKS-nin Mərkəzi Kitabxanasında xalq artisti Yaşar Nurinin xatirəsinə həsr olunmuş “Səhnədə keçən ömür” adlı tədbir keçirilib.

Tədbirdə xalq artisti, rejissor M. Fərzəlibəyov, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İ.Piriyev, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin metodisti A. Əmirxanov, “Mədəniyyət” qəzetinin əməkdaşı G.Mirməmməd, Binəqədi rayon MKS-nin əməkdaşları və fəal oxucuları iştirak ediblər.

Sənətkarın yaxınlarının və sənət dostlarının qatıldığı tədbirdə əvvəlcə xalq artistinin həyat və yaradıcılığından söhbət açılıb. Bildirilib ki, teatr aktyoru kimi görkəmli sənətkar olan Yaşar Nuri həm də məşhur kino ustasıdır. Onun böyük populyarlıq qazandığı çoxlu ekran obrazları var. Əlliyə yaxın bədii filmə çəkilib, Azərbaycan Dövlət Televiziyasında hazırlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak edib. Onun əsasən baş rolları ifa etdiyi teletamaşalar televiziyanın fondunda daimi sənət nümunələri kimi qorunur.

Sonra tədbirə qatılan xalq artistinin həyat yoldaşı Rahimə Nuriyeva və qızı Ülkər Nuriyeva onunla bağlı xatirələri bolüşüblər və təşkilatçılara ailə adından öz təşəkkürlərini bidiriblər.

Sonda iştirakçılar aktyorun xatirəsinə həsr edilmiş sərgi ilə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti