...

Tacikistanda Azərbaycan mədəniyyəti günləri keçirilə bilər

Mədəniyyət Materials 25 Oktyabr 2016 13:02 (UTC +04:00)
2017-2018-ci illərdə Tacikistanda Azərbaycan mədəniyyəti günləri, eləcə də Azərbaycanda Tacikistan mədəniyyəti günləri keçirilə bilər.
Tacikistanda Azərbaycan mədəniyyəti günləri keçirilə bilər

Bakı. Yelena Kosolapova - Trend:

2017-2018-ci illərdə Tacikistanda Azərbaycan mədəniyyəti günləri, eləcə də Azərbaycanda Tacikistan mədəniyyəti günləri keçirilə bilər.

Tacikistanın Azərbaycandakı səfiri Zohir Saidov Trend-ə müsahibəsində bildirib ki, hazırda bu məsələ üzərində iş aparılır:

"Bu, heç şübhəsiz ki, iki ölkənin qarşılıqlı mədəni əlaqələrinin möhkəmlənməsinə kömək edəcək".

Səfir ötən illərdə Düşənbədə Azərbaycan mədəniyyəti günləri və Azərbaycan kinosu həftəsi, eləcə də Bakı və Gəncədə Tacikistan mədəniyyəti günləri və Bakıda Tacikistan kinosu həftəsinin keçirildiyini xatırladıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti