...

"Fövqəladə hallar uşaqların gözü ilə" uşaq yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb (FOTO)

Mədəniyyət Materials 14 Dekabr 2016 11:54 (UTC +04:00)
"Fövqəladə hallar uşaqların gözü ilə" VI Respublika uşaq yaradıcılıq müsabiqəsi qaliblərinin sərgisi və mükafatlandırılması mərasimi keçirilib.
"Fövqəladə hallar uşaqların gözü ilə" uşaq yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb (FOTO)

Bakı. Trend:

Dekabrın 14-də Fövqəladə Hallar Nazirliyinin Akademiyasında FHN-in təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə "Fövqəladə hallar uşaqların gözü ilə" VI Respublika uşaq yaradıcılıq müsabiqəsi qaliblərinin sərgisi və mükafatlandırılması mərasimi keçirilib.

Trend-in məlumatına görə, müsabiqə 18 oktyabr - 14 dekabr 2016-cı il tarixlərində keçirilib. Müsabiqənin keçirilməsində məqsəd uşaqlara təhlükəsiz həyat fəaliyyətinin əsaslarının öyrədilməsi, istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək verilməsi, yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsi, fövqəladə hal problemlərinə ictimaiyyətin diqqətini yönəltmək olub.

Respublikanın bütün şəhər və rayonlarının ümumtəhsil məktəblərinin iştirak etdiyi Respublika uşaq yaradıcılıq miisabiqəsi rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli, yumşaq oyuncaq nominasiyalarında məktəb, rayon və ümumrespublika birinciliyi mərhələləri üzrə keçirilib. Rayon və şəhər müsabiqələrinin yekunları üzrə Təşkilat Komitəsinə 498 rəsm, 250 plakat, 222 əl işi, 215 yanğın və qəza-xilasetmə texnikasının modeli və 149 yumşaq oyuncaq təqdim olunub.

Müsabiqəyə təqdim olunmuş işlər Təşkilat Komitəsi tərəfındən qiymətləndirilib, 40 rəsm, 38 plakat, 33 əl işi, 20 yanğın və qəza-xilasetmə texnikasının modeli və 13yumşaq oyuncaq mükafata layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti