...

Ledi Qaqaya 1 milyon dollar verilməsinə gəlincə...

Mədəniyyət Materials 6 Fevral 2017 11:36 (UTC +04:00)
"Səhv etmirəmsə, bu ulduzların böyük tədbirlər üçün qiyməti bir milyon dollara qədərdir".
Ledi Qaqaya 1 milyon dollar verilməsinə gəlincə...

Bakı. Elçin Mehdiyev – Trend:

Gənclər və idman naziri Azad Rəhimov Birinci Avropa Oyunlarının açılışında iştirak edən dünya ulduzu Ledi Qaqaya bir milyon dollar verilməsi barədə yayılan məlumatlara aydınlıq gətirib.

A.Rəhimov bildirib ki, Top-10-luqda olan dünya ulduzlarının müqavilədə göstərilən qiymətləri adətən açıqlanmır:

“Dünya ulduzları müxtəlif tədbirlər üçün müxtəlif qiymətlərə razılaşa bilirlər. Səhv etmirəmsə, bu ulduzların böyük tədbirlər üçün qiyməti bir milyon dollara qədərdir. Ancaq Azərbaycana gəlincə, Ledi Qaqaya verilən qonorarın məbləğini açıqlaya bilmərəm, bu, kommersiya sirridir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti