...

İranda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

Mədəniyyət Materials 25 Aprel 2017 11:34 (UTC +04:00)
İranda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək.
İranda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

Trend-i buradan izləyin

Bakı. Trend:

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin rəhbərliyi ilə nümayəndə heyəti İranda Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsinə dair danışıqların aparılması, həmçinin tədbirlərin keçiriləcəyi məkanlara baxış keçirilməsi məqsədilə İranda səfərdədir.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, nümayəndə heyəti Tehranda yerləşən "Vəhdət" konsert salonu, İranın İncəsənət Akademiyası və Milli kitabxanada olublar. Mədəniyyət obyektlərinin rəhbərləri tərəfindən məkanların texniki imkanları və ümumi fəaliyyəti barədə məlumat verilib.

Danışıqlar zamanı Ə.Vəliyev tərəfindən həmin müəssisələr ilə Azərbaycanda yerləşən mədəniyyət müəssisələri arasında əməkdaşlığın qurulmasının vacibliyi vurğulanıb, fikir mübadiləsi aparılıb. Bu məkanların Mədəniyyət Günlərinin açıllş mərasimi, həmçinin Mədəniyyət Günləri çərçivəsində keçirilməsi nəzərdə tutulan Azərbaycanın mədəniyyəti və turizm imkanlarını əks etdirəcək sərgi, kitab və foto-sərgi, İranın aparıcı turizm şirkətləri ilə görüş və ölkəmizin turizm potensialına dair təqdimat, Azərbaycan kinematoqrafının istehsalı olan filmlərinin bir həftə ərzində nümayişi və teatr tamaşasının göstərilməsi ilkin olaraq qərara alınıb.

Həmin gün nazir müavini ilə İranın İslami Mədəniyyət və Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi, İncəsənət Akademiyasının rektoru Əliyyə Müəllim və digər rəhbər şəxslər arasında görüş keçirilib.

Görüşdə ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələrin mövcud vəziyyəti və əməkdaşlığın gələcək perpektivləri müzakirə edilib.

Görüşlər İsfahan və Təbriz şəhərlərində davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti