...

Beynəlxalq Muğam Mərkəzində Mikayıl Müşfiqə həsr olunmuş tədbir keçiriləcək

Mədəniyyət Materials 25 Aprel 2017 19:14 (UTC +04:00)
Tədbirdə ADMİU-nun müəllim və tələbələri iştirak edəcəklər.
Beynəlxalq Muğam Mərkəzində Mikayıl Müşfiqə həsr olunmuş tədbir keçiriləcək

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzində Mikayıl Müşfiqə həsr olunmuş tədbir keçiriləcək.

Trend-in məlumatına görə, Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə layihəsi çərçivəsində keçirilən tədbir aprelin 28-də saat 19:00-da baş tutacaq.

“Yenə o bağ olaydı” adlı musiqili ədəbi gecə Azərbaycan şair və yazıçısı Mikayıl Müşfiqin yaradıcılığına həsr olunacaq.

Tədbirdə ADMİU-nun müəllim və tələbələri iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti