Bakı. Trend:
Beynəlxalq Muğam Mərkəzində türk sufi-ozanlarının konserti keçirilib.
Konsertdə Hüseyn Albayrak və Ali Rıza Albayrak tamaşaçılar qarşısında türk musiqisinin əsas qollarından sayılan İrfan musiqi ilə çıxış ediblər. İlk olaraq konsertin aparıcısı tamaşaçıları İrfan fəlsəfəsi ilə tanış edib. O birdirib ki, irfan musiqisi insanla təbiət barəsində bilavasitə rol oynayır. İrfan musiqisi dedikdə ruha birbaşa təsir göstərib, müxtəlif hallar yarada bilən bir musiqi nəzərdə tutulur.
Yaradıcılığını irfan musiqisinə həsr edən sənətçilər artıq 17 ildir ki fəaliyyət göstəririlər. Universitet illərində qrup “Nəfəs” adı ilə konsertlər verib və 2003 cü ildə ilk albomları – “Batıni Deyişlər” adlı albomlarını dinləyicilərə təqdim ediblər.
Qeyd edək ki, konsertdə ifa olunan musiqilər Azərbaycan Sufi şairlərinin İ.Nəsiminin, Ş.İ.Xətainin sözlərinə yazılmış nümumələr idi. “Mərhaba”, “Ey ərənlər”, “Bari Huda” “Məhəbbət bağında bir gül” “Aləmin Nuru”, “Gəl dərviş”, “Sabah Rüzgarı”, “Badi Səba” kimi musiqi nümunələri ilə tamaşaçılar qarşısında çıxış ediblər. İfa olunan bəstələrin bir çoxu Hüseyn və Ali Rıza Albayrağa məxsusdur.
Konsert aşıq musiqi sevərlər tərəfindən maraqla qarşılanıb.
Beynəlxalq Muğam Mərkəzində “Etnik musiqi inciləri” çərçivəsində iyunun 17-də Rumuniya musiqisi səsələnəcək. Musiqiçilər ilk dəfə Bakıda çıxış edəcəklər. Konsertin biletlərini şəhərin kassalarından və iticket.az saytından əldə edə bilərsiniz.