...

"Bir ömrə bərabər məktəb illəri"

Mədəniyyət Materials 18 Sentyabr 2017 20:44 (UTC +04:00)
Oktyabrın 8-də “Bir ömrə bərabər məktəb illəri” adlı musiqili-əyləncəli konsert proqramı təqdim olunacaq.
"Bir ömrə bərabər məktəb illəri"

Bakı. Trend:

Oktyabrın 8-də “Bir ömrə bərabər məktəb illəri” adlı musiqili-əyləncəli konsert proqramı təqdim olunacaq.

Trend-in məlumatına görə, uşaqların marağına səbəb olacaq konsertdə milli və müasir rəqslər, vətənpərvərlik mövzusunda mahnılar və şeirlər, muğam və aşıq ifaları, rəngarəng çıxışlar və digər sürprizlər gözlənilir.

Saat 13:00-da başlayacaq konsertin biletlərinin qiyməti 5-15 manat təşkil edir.

Biletləri www.iticket.az saytından onlayn, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz. Əlaqə nömrələri: (012) 441-21-31, (050) 332-36-30.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti