...

Gülnaz İsmayılovanın "Həyat musiqidir" konserti keçiriləcək

Mədəniyyət Materials 28 Sentyabr 2017 12:55 (UTC +04:00)
Gülnaz İsmayılovanın “Həyat musiqidir” adlı konsert proqramı keçiriləcək.
Gülnaz İsmayılovanın "Həyat musiqidir" konserti keçiriləcək

Bakı. Trend:

Gülnaz İsmayılovanın “Həyat musiqidir” adlı konsert proqramı keçiriləcək.

Oktyabrın 4-də Azərbaycan Televiziyası Mədəniyyət Kanalının təşkilatçılığı ilə Azərbaycan Dövlət Filarmoniyasının birgə layihəsi olan əməkdar artist Gülnaz İsmayılovanın “Həyat musiqidir” adlı konsert proqramı keçiriləcək.

Tədbir görkəmli dirijor, musiqi ictimai xadim Niyaziyə həsr olunacaq.

Tədbirdə əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovun rəhbərliyilə Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Simfonik Orkestri çıxış edəcək. Həmçinin, konsertdə həm milli, həm də Qərbi Avropa bəstəkarların əsərlərindən müxtəlif ariyalar səslənəcək.

Konsert oktyabrın 4-də saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasında baş tutacaq.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti